Avstraliyanın aborigen əsilli senatoru Lidiya Torp Avstraliyaya səfər edən İngiltərə kralı III Çarlzın parlamentdəki çıxışını bitirər-bitirməz ona elə orada "hücum çəkib" .

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kral Çarlz ölkədəki təmaslarının ikinci günündə paytaxt Kanberrada Avstraliyanın baş naziri Entoni Albanese və müxalif Liberal Partiyasının lideri Peter Dutton tərəfindən parlamentdə təmtaraqla qarşılanıb. 

İlk olaraq çıxış edən Baş nazir bildirib ki, Kralı ölkələrində qarşılamaqda çox məmnundurlar: "Sizi burada - demokratiyamızın qəlbində ilk dəfə bir Kral olaraq qarşılamaq və salamlamaqdan qürur duyuruq...".

Kral Çarlz da Baş nazirdən sonra Avstraliya parlamentində çıxış edib. O, Avstraliyadakı tələbəlik illərindən, ölkənin iqlim dəyişikliyinə qarşı zəif müdafiəsindən və yerli aborigen xalqdan söz açıb.

Kral Çarlz çıxışını bitirib tribunadan enərkən isə aborigen senator Lidiya Torp ona yaxınaşaraq uca səslə onu tənqid edib: "Mənə bax, bura sənin torpağın deyil. Sən mənim kralım deyilsən. Sən bizim Kralım ola bilməzsən. Siz xalqımıza qarşı soyqırım etdiniz. Torpaqlarımızı aldınız, geri verin torpaqlarıızı. Bizdən oğurladıqlarını geri qaytarın. Torpaqlarımızı məhv etdiniz. Siz soyqırımçısınız. Siz bu ölkəni işğal etdiniz, Çarlz, sən bu torpaqların hökmdarı deyilsən..."

Məlumata görə, mühafizəçilər olaya müdaxilə edərək senatoru uzaqlaşdırıblar. Kral isə baş verənlərə sakit yanaşmağa çalışsa da, onun gərginliyi diqqətdən qaçmayıb.

Lamiyə Əhmədli

MİA.AZ