"Deyib ki, sənəd göstərəydilər ki, mənim adımadır. Əlbəttə ki, rəsmi olaraq öz adını qeyd etdirməyib, bacısının və onun həyat yoldaşının adına rəsmiləşdirib. Sənədlər məndə...".

Mia.az xəbər verir ki, bu, aaşdırmaşı jurnalist Cavanşir Həsənlinin Feysbuk-dakı səhifəsindəki paylaşımda qeyd edilib.

O yazıb ki, vaxt məhdudiyyəti ilə bağlı ətraflı yaza bilməyıb: "Amma xamım deputatımızı da çox intizarda saxlamayacağam. Toplu halında, küliyyat şəklində dərc edəcəyəm. Hələlik isə aşağıda bir vərəqini təqdim edirəm. Orada Fransada Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində Kamranovnalara aid sökülən villanın ümumi dəyəri təxminən 6 milyon avro qiymətləndirilir. Mən isə xətaya yol verərək 5 milyon olduğunu qeyd etmişdim. İmza xanım Kamranovnaya aiddir".

Xatırladaq ki, jurnalist bundan əvvəl Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın bacısı ilə birgə Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürüb, yerində kompleks tikdirməsi ilə bağlı məlumat yayıbmışdı.

Mia.az-ın məlumatına görə, komitə sədri iddiaya cavabda demişdi ki, bu məlumat həqiqətəuyğun deyil: "Sənəd göstərəydilər ki, villa mənim adımadır. Boş-boş danışıqlar kimə lazımdır? Özündən sensasiya yaradan insanlardır...".

Samir Musayev

MİA.AZ