"Ana arılar"ın - "Kraliça"ların qış yuxusulə bağlı seçimi alimləri təəccübləndirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalar nəticəsində "ana arılar"ının xüsusilə pestisidlərlə dolu torpaqda (böcəklər və müxtəlif ziyanvericilərə qarşı dərmanlanmış torpaqlar - Mia.az) qış yuxusuna getməyə üstünlük verirlər.
Elm adamları bu "qorxulu" davranışın arxasında nəyin dayandığını araşdırmağa çalışsalar da, hələlik işıqucu tapa bilməyiblər.
Məlumata görə, təxminən 250 növü olan "Bombus" kraliça arıları yazda özünə "ordu" yaratmağa başlayır və yay boyu bu "ordu"nu genişləndirirlər. "Ordu"dakı arılar payızda öldükdən sonra yeni ana arılar adətən yerin altında qışlayır və yazın gəlməsini gözləyirlər: "Amerikalı alimlər qış yuxusu prosesi haqqında daha çox öyrənmək istəyilə yeni təcribə sahəsi yaradıblar. Bu məqsədlə tərkibində müxtəlif səviyyələrdə 5 müxtəlif insektisid və funqisid (zəhərli göbələyə qarşı dərmanlammış sahə) sahələrlə yanaşı, heç bir kimyəvi maddə olmayan tərtəmiz torpaqlar arılara təqdim edilib. Maraqlıdır ki, arıların çoxu daha çox zəhərli torpaqda qış yuxusuna getməyə üstünlük veriblər. Təəssüf ki, bu hər 10 arıdan 8-də belə olub"
Kanadanın Ottava Universitetindən.Sabrina Rondeau bu faktın onlarda böyük təəccüb yaratdığını deyib: "Biz bu qorxulu halın səbəbini öyrənməyə çalışırıq. Təəssüf ki, hələ də "işıqucu" tapa bilməmişik...".
Lamiyə Əhmədli
MİA.AZ