Amerikalı neyrobiologiya professoru Moran Cerfə görə, uzun müddət birlikdə olan insanların beyin siqnalları bir-birinə uyğunlaşır və bir növ sinxronizasiya yaranır. 

Hətta bəzi hallarda beyin fəaliyyətləri tamamilə eyni ola bilirmiş. Moran Cerf gəncliyində peşəkar “hacker” olub! 

Hətta bunu peşə səviyyəsinə çatdırıb.

Bir gün fizik və neyrobioloq Crick ilə tanış olur. Böyük bir alim onunla niyə bu qədər maraqlanır deyə təəccüblənərkən anlayır ki, Crickin dərdi hackerin beyninin necə işlədiyini öyrənməkdir. Bu, Cerfi çox təsirləndirir. O da fizika və neyrobiologiya oxumağa başlayır. Artıq on ildən çoxdur ki, beyinlə bağlı müxtəlif mövzularla yanaşı, “insanların qərar vermə prosesləri"ni araşdırır.

İlk olaraq, beyin rentgenlərindən istifadə edərək insanların müxtəlif hadisələrə reaksiyalarında hansı beyin bölgələrinin fəaliyyətə keçdiyini müəyyən edib.

Bununla da kifayətlənməyərək, iki fərqli insanın beyin sinxronizasiyasını da araşdırıb. Nəticəsi belədir: “Kiminləsə davamlı vaxt keçirdiyinizdə, hər iki beyində də uyğunluq yaranır”.

Məsələn, Cerf tez-tez birlikdə vaxt keçirən iki fərqli insana film xülasəsi izlədir. Beyin fəaliyyətlərinin ikisində də eyni nümunələri izlədiyini görür.

Hətta daha da irəli gedir: “Cəmi iki həftə ərzində, eyni filmi izləyən, eyni kitabları oxuyan, eyni təcrübəni paylaşan və yalnız bir-biri ilə danışan iki şəxs dil və duyğu baxımından ortaq davranış nümayiş etdirirlər”.

Bu səbəbdən, həyatda verə biləcəyiniz ən düzgün qərar, vaxt keçirdiyiniz insanları diqqətlə seçməkdir. 

Xatırladaq ki, professor Moran Cerf bu sahədə bir neçə kitabın müəllifidir.

Əzizə Hakverdi
MİA.AZ