Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 2 min işçisinə iki aydır, maaş verilmədiyi iddia olunur.
Bu barədə Pravda.az-a daxil olan məlumatda bildirilib ki, əməkhaqlarının verilməməsi səbəbindən fəhlələr BŞİH qarşısında aksiya keçirməyi planlaşdırırlar.
Pravda.az Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanlayıb.
Baş mühəndis Cavanşir Məmmədov deyib ki, məlumat tamamilə yanlışdır: “Əməkhaqları verilib. Heç bir narazılıq da yoxdur”.