Şirvan sakininin ev satmaq adı ilə 40 min manatını ələ keçirməkdə şübhəli bilindiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Qasımov həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Mia.az-a bildirilib ki, R.Qasımov bir nəfər Şirvan sakininə özünə məxsus evi satacağı, eləcə də ipoteka krediti götürməyə köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənin 40 min manatını ələ keçirib.
Məlumata görə, R.Qasımov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib: "Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər".