İşə düzəltmək adı ilə Xırdalan sakininin 36 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan bir nəfəri işə düzətmək adı altında 36 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 58 yaşlı E.Qasımov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.