Klassik Xalq
Cəbhəsi Partiyası AXC-nin yaranmasının 25 illiyi bağlı Azərbaycan xalqını
təbrik edib.
Mia.az-a daxil olan təbrik məktubunda deyilir:
"Əziz
həmvətənlər!
KXCP
Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 25-ci ildönümü ilə bağlı
Azərbaycan xalqını təbrik edir. AXC- vətənimizin rus imperiyasının əsarətinə
son qoyulmasına, xalqımızın yenidən istiqlala qovuşmasına, dövlətçiliyimizin
bərpa edilməsinə, banisi Məmməd Əmin Rəsulzadənin olduğu Azərbaycan Xalq
Cümhuriyyətinin dəyərlərinin ölkəmizdə bərqərar olunması uğrunda Azərbaycan
xalqının uzun illər apardığı şanlı mübarizənin uğurla nəticələnməsinə şərəflə
rəhbərlik edib.
AXC-Azərbaycan
xalqının məhv edilmiş dövlətçiliyinin çağdaş dəyərlərə uyğun yenidən
yaradılması üçün Azərbaycan gəncinin qəlbindəki üçrəngli bayrağı yüksəkliyə
qaldıraraq xalqımızın "Bir kərə yüksələn bayrağ bir daha enməz” fəlsəfəsini bir
daha təsdiqlədi.
AXC Milli
Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin rəhbərliyi altında Azərbaycanda
1992-ci ildə ilk dəfə demokratik seçkilərin keçirilməsinə, ölkədə demokratik
institutların, Milli Ordunun, milli valyutanın yaradılmasına, sosial, siyasi,
iqtisadi islahatların həyata keçirilməsinə, Ali və orta ixtisas məktəblərinə
qəbulda test sisteminin tətbiq edilməsi, rus qoşunlarının ölkədən çıxarılması,
Azərbaycanın Qərbə inteqrasiya yolunu tutması, dünya ölkələri ailəsinə
qovuşması yolunda böyük və şərəfli yol keçdi.
AXC dünyanın
imperialist qüvvələrini Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa məcbur
etdi.
AXC XX əsrin
əvvəllərində Azərbaycan xalqına əldə etdiyi azadlığın və istiqlalın yenidən və
əbədi olaraq bərpa edilməsində misilsiz rol oynadı.
Bu gün - AXC
yaranandan 25 il sonrada, onun varisləri əsas istiqlalçı qüvvələr olaraq
vətənimizin bütövləşməsi, demokratik cəmiyyətin qurulması uğrunda;
avtoritarizmə, monarxiyaya, korrupsiyaya, saxtakarlığa, qanunsuzluğa qarşı
mücadiləyə öncüllük edirlər. Biz inanırıq ki, bütöv, demokratik, müstəqil,
qüdrətli Azərbaycan dövlətçiliyinin qurulmasını əsas məqsədi elan etmiş AXC
ideyaları qalıb gələcək.”