Qazaxıstanın Kaspi.kz onlayn alış-veriş platforması Türkiyənin ənböyük alış-veriş saytı olan "trendyol"unəsas rəqibi "Hepsiburada"nın səhmlərinin böyük hissəsini satın alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, anlaşmaya əsasən Kaspi.kz məşhur Doğan ailəsinə məxsus "Hepsiburada"nın 65,41 faizi üçün 1,13 milyard dollara ödəyəcək.

Məlumata görə, artıq tərfələr anlaşıblar: "Qazaxıstan tərəfi alqı-satqı prosesini 2025-ci ilin birinci yarısında başa çatdırılmalıdır. Anlaşamaya görə, həmin müddətə qədər qazaxlar 1,13 milyard dolların 600 milyon dollarıni ödəyəcək, qalan məbləğ isə anlaşma yekunlaşan kimi köçürüləcək".

Xəbərdə deyilir ki, ABŞ birjasında ticarət üstünlüyü olan "Hepsiburada"nın səhmləri dünən 2,2 dollar olub: ""Hepsiburada"nın hazırkı bazar dəyəri 707 milyon dollar səviyyəsindədir"

Samir Musayev

MİA.AZ