Bu gün "Hizbullah" İsrailin Hayfa şəhərinin Zevulun bölgəsinə raketlər fırladıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Hizbullah" qruplaşması məlumat yayıb.

Bildirilb ki, Qəzza zolağında Fələstin xalqına dəstək olmaq, o cümlədən Livan xalqını müdafiə etmək məqsədilə  Zevulun bölgəsinə böyük raket hücumu həyata keçirilib. qruplaşma hücumun hədəfinə çatıb-çatmadığı haqda bilgi verməyib.

Digər məlumatda isə qeyd edilib ki, bu gün Livanın cənubundakı Ayta əl-Şaab qəsəbəsi ətrafında İsrail əsgərləri də qısamənzilli raketlərlə vurulub: "Hücumda xeyli İsrail əsgərləri ölüb, yaralılar var. Analoji hücum aktı Nəbatiyyə şəhərinin Marcayun bölgəsindəki Kefr Kila qəsəbəsi ətrafında bir qrup İsrail əsgərə qarşı da həyata keçirilib. Onlar artilleriya hücumu ilə geri çəkilməyə məcbur edilib. Düşmənin ciddi itkiləri var".

Firudin Səfərli

MİA.AZ