Özbəkistan Prezidenti İslam Kərimovun qalmaqallı qızı Gülnarə Kərimovanın çevrəsinin ən yaxın adamları Qayane Avakyan və Rüstəm Madumarov hər biri ayrılıqdı 9-10 il arasında həbs olunublar.
 
Axar.az-ın "Center-Asiya" informasiya agentliyinə istinadən xəbərinə görə, hər iki şəxs son illər prezident qızının biznesinə məsul olublar. Avakyan "Takilant" adlı afşor şirkətə malikdir və onun adı İsveç-fin müştərək telekampaniyası olan "TeliaSonera" şirkəti ilə birgə çirkli pulların yuyulmasında hallanır. Rüstəm Madumarov isə tez -tez mediada Gülnarə Kərimovanın həyat yoldaşı kimi təqdim olunur. 

Xatırladaq ki, cari ilin fevral ayında Özbəkistan hüquq mühafizə orqanı əməkdaşları adı çəkilən hər iki şəxsdən başqa Yekaterina Klyuyevanı da saxlamışdılar.