Almaniyanın Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriyadakı səfiri Andreas Peşke sözügeədn ölkədə qatıldığı rəsmi konfransdan qovulub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Stellenbosch Universitetinin təşkil etdiyi 5-ci Beynəlxalq Sosial Ədalət Konfransına məruzəçi kimi qatılan səfir Peşke Cənubi afrikalı insan haqları müdafiəçisi Zacki Axmat tərəfindən kürsüdən "topa tutulub".
Axmat tribunadakı çıxışında AlmaniyanınYaxınŞərq siyasətini kəskin tənqid edib, Berlin hökumətinin İsrailə əvəzsiz silah yardımını qabardıb və sonra səfir Peşkeyə üzünü tutaraq deyib: "Sizi buraya dəvət etdiyinizə görə çox təəssüflənirik. Xalqın qarşısına çıxmaqdan utanmırsınız? Almaniya vaxtilə yəhudi xalqına qarşı törədilən soyqırımın ləkəsindənqurtulmaq üçün indi də İsrailə müsəılmanları qırmaq üçün güclü dəsətk verir. Almaniya Fələstin və Yaxın Şərqdəki insanların öldürülməsində məsuliyyət daşıyır. Siz də günahkarsız. Fələstin, Livan və İran xalqlarına dəstək adı ilə deyə bilərəm ki, bu gün aramıza heç xoş gəlmədiniz. Ürəyimdə dərin bir ağrı var. Prezident Nelson Mandela deyirdi ki, Fələstin xalqı azad olana qədər biz azad olmayacağıq. Soyqırımda iştirak edən insanlarla biz bazarlıq edə bilmərikdanışıqlar apara bilmərik. Bu konfrası tərk edib, gedinb buradan. Sizi burada görmək istəmirik".
Almaniya səfiri Peşke bu çağıırşdan sonra heç nə demədn zalı tərk edib.
Firudin Səfərli
MİA.AZ