Afrikada "meymun çiçəyi"nə yoluxma və bu virusdan ölənlərin sayı sürətlə artır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Africa CDC) hesabat açıqlayıb.
Afrika CDC-nin baş direktoru Jan Kaseya hesabatla bağlı bildirib ki, təkcə son bir həftədə 3 mindən çox insanda bu virus aşkarlanıb: "50 nəfər isə ölüb. Üstəlik, bu virus artıq qitənin demək olar ki, bütün ölkələrində "ayaq basıb". Rəsmi məlumata əsasən, Afrikanın 18 ölkəsində 42438 nəfərdə bu xəsətlik tapılıb, indiyə qədər isə 1100 nəfərdən çox ölən var".
Direktor yoluxmanın daha çox Mərkəzi Afrika bölgəsində rast gəlindiyini deyib.
O, yolüxan, ancaq xəstəxanalara müraciət etməkdən yayınan xeyli şəxsin olmasını da istisna etməyib.
Zülfiyyə
MİA.AZ