HƏMAS-ın yeni lideri Yəhya Sinvarın n Qəzzanın mərkəzində aviazərbə ilə öldürülməsi xəbərinə Türkiyənin XİN başçısı Hakan Fidan maraqlı reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hakan Fidan canlı yayımda İsrailin Sinvarın öldürüldüyünü açıqlamasını mötəbər dəlil kimi qəbul etmədiklərini deyib.

Nazir bildirib ki, HƏMAS hələ də Yəhya Sinvarın öldüyünə dair rəsmi sübuta sahib deyil: "O səbəbdən HƏMAS tərəfindən açıqlama verilməsə, bizim bunu ciddi məlumat kimi qəbul etməyimiz mümkün deyil".

İsrailin "Haaretz" qəzeti bu yaxınlarda yazıb ki, İsrail son aylarda Sinvarın gizləndiyi güman edilən ərazilərdə tunelləri bombalayıb: "O, bu tunellərdən birində ölüb".

Tahir Şəlvəli

MİA.AZ