Prezident Ərdoğanın keçmiş vəkili Mustafa Doğan İnalı təhqir etmək ittihamı ilə mühakimə olunan CHP-nin sabiq lideri Kamal Kılçdaroğlu haqqında məhkəməyə zorla gətirilmə qərarı bu gün ləğv olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Kılıçdaroğlunun vəkili Uğur Çelik açıqlama verib.

Onun sözlərinə görə, dünən İstanbul 48-ci Asliye Cəza Məhkəməsinin verdiyi qərara bu gün etiraz veriblər: "Etirazımız qəbul olundu. Hörmətli Kılıçdaroğlu haqda çıxarılan məcburi gətirilmə qərarı ləğv edildi".

Xatırladaq ki, dünən keçirilən məhkəmə iclasında Prezident Ərdoğanın keçmiş vəkili Mustafa Doğan İnal Kamal Kılıçdaroğlunun vaxtilə onu təhqir etməsini iddia edərək, onunı iclasa zorla gətirilmə tələbi qaldırmışdı. Həmin vaxtı Kılıçdaroğlunun vəkilləri Kamal bəyin Ankarada yaşadığını əsas gətərərək, məhkəmə iclasının orada keçirilməsini daha məqbul saymaqla yanaşı, tələbin rədd edilməsini xahiş etmişdi. Ancaq onların etirazı rədd olunmuşdu.

Bundan sonra Türkiyədə partiyalar etiraz bəyanatları yayıb. CHP isə qərarı birbaşa Ərdoğanın sifartişi ilə əlaqələndirib və "Bacarırsınızsa, gəlin Kamal bəyi alın" deyə meydan oxuyub.

Ərdoğanın keçmiş vəkilini "Saray vəkili" adlandıran Kılıçdaroğlu isə qısa açıqlamasında iqtidara "yüklənib": "Geri addım atsam, namərdəm”.

Samir Musayev
MİA.AZ