Ukrayna savaşı ilə bağlı Rusiyanı tərk edən Qərb şirkətlərinə qarşı daha bir sərt qərar qəbul olunub.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov yerli jurnalistlərə açıqama verib.
Nazir qeyd edib ki, Rusiyanı tərk edən və ya edəəck Qərb şirkətləri bundan sonra aktivlərini istədikləri kimi istədikləri qiymətə sata bilməyəcək.
Nazirin sözlərinə görə, 2022-ci ildə bu şirkətlərlə bağlı qəbul olunan qərara edilən yeni düzəlişə görə, ölkəni tərk edən şirkətlərin aktivlərindən 50 deyiol, 60 faiz vergi tutulacaq: "Bundan başqa, aktivlər satılana qədər ilk ildə 25, sonrakı illərdə isə 5+5 faiz olmaqla, üç il ərzində həmin şirkətlərin ümumi dəyərtinin 35 faizi də dövlət büdcəsinə yönələcək".
Rusiya mətbuatı yazır ki, bu qərar Rusiya dost olmayan ölkələrdən olan xarici şirkətlərin aktivlərini satmasını mümkünsüz haal gətirəcək.
Xatırladaq ki, Rusiyanı tərk edənbir çox Qərb şirkətlərinə Rusiya müvəqqəti qəyyum təyin edib.
Lamiyə Əhmədli
MİA.AZ