Nigeriyanın şimalındakı Jiqava əyalətində yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı kəskin artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nigeriya Fövqəladə Hallar Agentliyinin Jiqava əyaləti üzrə rəhbəri Haruna Mairiga açıqlama verib.

O bildirib ki, Jiqavanın Majiya bölgəsində yanacaq maşının partlaması nəticəsində ölənlərin sayı 153-ə çatıb: "Acı da lsa deyim ki, həyatını itirənlər tanınmaz dərəcədə yanıblar. Təxminən 100-dək yaralı var, onlardan çoxunun durumu ağırdır"

Xatırladaq ki, dünən axşam saatlarında Jiqava əyalətinin Majiya rayonunda Kano-Hadeja magistral yolunda yanacaq daşıyan maşın sürətlə hərəkət edərkən əhalinin gur yerində idarəetmədən çıxaraq aşıb. Yerli əhali aşmış tankerdən yanacağı daşımağa can atarkən maşın partlayıb və çoxlu insan yanaraq ölüb.

Tahir Şəlvəli

MİA.AZ