Suriyada Türkiyə hərbçilərinin nəzarətində olan ərazidə PKK/YPG-yə bağlı şəbəkə üzvləri həbs olunub
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Suriya Müvəqqəti Hökumətinin Müdafiə Nazirliyinə bağlı hərbi polis Türkiyə hərbçilərinin nəzaərti altında olan Afrində terror təşkilatı PKK/YPG şəbəkəsini çökəldib.
Bildirilib ki, bu ilin fevral ayında Afrində bomba yüklü motosikletlə həyata keçirilən terror aktınınməsul şəxsləri Həsən əl Əli və Əli ilə birbaşa əlaqəsi olan 10 təşkilat üzvünün şəxsiyyəti müəyyən olunub: "Hərbi polisin kamera və digər vasitələrlə apardığı araşdırma uzn araşdrımadan sonra Həsən əl Əlinin terror aktları üçün öz uşağından istifadə etməsi və uşağını Afrindəki yanacaqdoldurma məntəqəsində bomba yüklü motosikleti tərk etdiyi üzə çıxarılıb. Bundan sonra əməliyyat başlayıb və qondarma təçkilat ın üzvləri qandallanıb. Onlar ifadələrində 2022-2024-cü illər arasında Zeytun Budağı Əməliyyatı bölgəsində 10 terror aktı təşkil etdiklərini etiraf ediblər".
Məlumatda deyilir ki, onlarınyaşadıqları evdən silah-sursatlar götürülüb.
Firudin Səfərli
MİA.AZ