Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mətbuatda bacısı ilə birgə Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürüb, yerində kompleks tikdirməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Mia.az-ın məlumatına görə, Pravda.az-ın suallarını cavablandıran komitə sədri deyib ki, bu məlumat həqiqətəuyğun deyil: "Sənəd göstərəydilər ki, villa mənim adımadır. Boş-boş danışıqlar kimə lazımdır? Özündən sensasiya yaradan insanlardır...".

Qeyd edək ki, sentyabr ayında araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial media hesabında Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürüb, yerində kompleks tikdirmələri ahqda xəbər və fotolar yayıb.

Həmin yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

MİA.AZ