AGBank müştəri xidmətlərini daim təkmilləşdirərək müştərilər üçün daha rahat şərtlər yaratmaq üçün çalışır. Bankın "135-Məlumat Mərkəzi” bankda qeyri iş günləri daxil olmaqla, həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır. "135-Məlumat Mərkəzi”-nə müraciət edərək, bankın göstərdiyi xidmətlər haqqında, əl-verişli cari aksiya və kampaniyalar haqqında məlumat toplamaq və bankın təcrübəli əməkdaşlarından bank məhsulları haqqında ilkin konsultasiyalar əldə etmək mümkündür.

Banka zəng qaydası:

* Şəhər nömrələrindən birbaşa 135

* Mobil rabitə operatorlarından 135 və ya 012 135

Qeyd edək ki, banka şəhər nömrələrindən zəng ödənişsizdir.