Prezident İlham Əliyev “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

Mia.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Layihədə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlir proqnozu 36 milyard 616 milyon manatdan 38 milyard 316 milyon manata, xərc proqnozu isə 39 milyard 667,6 milyon manatdan 41 milyard 367,6 milyon manata qaldırılıb.