"İsrail BMT-nin Livandakı Müvəqqəti Sülh Qüvvələrinə (UNIFIL) hücum etməklə, beynəlxalq hüququ açıq şəkildə pozub".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barrot ölkəsinin parlamentində deyib.
O, İsrailin Livan və Qəzzaya hücumlarının şiddətlənməsinin dərin narahatlıq doğurduğunu qeyd edib: "Orada ölənlərin sayının günü gündən artması böyük kədər yaradır. Bu azmış kimi, İsrail sülhməramlların bazasına hücum çəkməklə beynəlxalq hüququ açıq şəkildə pozub...."
Firudin Səfərli
MİA.AZ