18 gündür Türkiyənin Van şəhərində itkin düşən birinci kurs tələbəsinin meyiti bu gün göldən tapılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

O bildirib ki, sentyabrın 27-dən itkin düşən Vandakı universitetdə yeni qəbul olunmuş diyarbəkrli Rojin Kabaişın cansız cəsədi Van gölünün Molla Kasım kəndi sahilində aşkarlanıb: "Allah qızımız Rojinə rəhmət eləsin. Ailəsinə, yaxınlarına və əziz Xalqımıza başsağlığı verirəm".

Xtaırladaq ki, yayılan xəbərə görə, o, sentaybrın 25-də universitetdə sənədlərini təqdim edib və qızlar yataqxanasına yerləşib. Sentaybrın 27-də isə Van gölü ətrafına gəzintiyə çıxdığını otaq yoldaşlarına deyib. O vaxtdan ondan xəbər alınmamışdı.

Samir Musayev

MİA.AZ