BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Yaxın Şərq üzrə direktoru Rema Jamous Imseis İsrailə çağırış edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İsraildən Livana hücumları dərhal dayandırmasını istəyib.
BMT rəsmisi ölkədə yaşanan böyük köç dalğasına işarə vuraraq, bildirib ki, "bu kabusa son qoymağın yeganə yolu atəşkəsdir".
O, daha sonra beynəlxalq ictimaiyyətin Livan xalqı ətrafında birləşməyə dəvət edib: "Bizim indi onların yanında olmağımıza ehtiyac böyükdür"
Firudin Səfərli
MİA.AZ