Türkiyədə Prezident Ərdoğanın lideri olduğu AK Partyanın Kırşehir şəhər təşkilatınn gənclər şöbəsinin sədri 25 yaşlı qızı konsert zalında döyüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiya funksioneri Melih Ünlüer konsertdə arvadı ilə mübahisə edən Fatma Banu Çoban adlı gənc qadının sifətinə qəfildən zərbə endirib.

Məlumata görə, qadının burnu qırılıb.

Fatma Banu Çoban hadisə haqda bildirib ki, oktyabrın 13-də yaxınları ilə birlikdə Kaman Qoz Festivalı çərçivəsində təşkil edilən Sefo konsertinə qatılıb: "Ön sırada boş yerlər vardı. Ora keçdik. bi zaman bir qadın oğlanla yaxınlaşıb sərt tonda "bura bizim yerdir, siz burada hansı haqla oturubsuz*" dedi. Mən də ona "yanlarda boş yerlər çoxdur" cavabını verdim. Bu zaman yanındakı oğlan bir neçə dəfə qolu ilə məni itələyəndə qıza dedim ki, "sevgilinə de, düzgün rəftar eləsin". Həmin an sırada bir gənclə sonradan adını öyrəndiyimiz Melih Ünlüer arasında mübahisə yarandı. O, gəncə çox sərt tonda "sən kimsən mənim xanımıma toxunursan? " dedi. Onda bildim ki, bunlar ailədirlər. O gəncdən sonra qəfil mənə çevrilən Melih Ünlüer yumruq atdı, zərbənin təsirindən yıxıldım, ayağa qaldırılanda isə qan içindəydim. Onlar "polis çağırın" deyə qışqıran kimi zaldan qaçdılar. olislər gəlib məni xəstəxanaya apardılar. Burnum qırılıb, əməliyyat edldim. Sonradan öyərndik ki, bu zat arvadını yola salandan sonra geri qayıdıb "necə vurudm o qızı?", - deyə öyünürmüş..."

Xəbərdə o da deyilir ki, AK Partiya Melih Ünlüerdən istefa ərizəsini tələb edib.

Samir Musayev

MİA.AZ