ABŞ İranın keçmiş prezident Donald Trampa qarşı təhdidləri barədə iddialarla bağlı rəsmi Tehrana sərt xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev Milli təhlükəsizlik sahəsi üzrə sözçüsü Şon Savett açıqlama verib.

O, Trampın İranının onu hədələməsi haqda ardicıl iddialarına caab olaraq deyib: “Biz buna ən yüksək prioritet olan milli və daxili təhlükəsizlik məsələsi kimi baxırıq və İranı bu həyasız təhdidlərə görə şiddətlə qınayırıq. Bəyan edirik ki, əgər İran hər hansı vətəndaşa, o cümlədən ABŞ-a xidmət etməyə davam edən və ya xidmət etmiş şəxslərə hücum edərsə, bunun çox ciddi nəticələri ilə üzləşəcək".

Təhdidlərlə bağlı Trampın ətrafında təhlükəsizlik tədbirlərinin artırıldığını gzlətməyən sözçünün sözlərinə görə, prezident Co Baydenin bu istiqamətdə müvafiq qurumlara göstəriş verib.

Xatırladaq ki, seçki kampaniyası aparan prezidentliyə namizəd Trampın İrandan təhdidlər aldıını iddia edərək, dövlətdən hərbi maşın və helikopter istəyib. Onun bu tələbi qısa zamanda yerinə yetirilib.

Lamiyə Əhmədli
MİA.AZ