Vaxtilə "Beşiktaş"da icarə müqviləsi oynayan "Everton"un 1.5 ildir klubsuz qalan sabiq oyunçusu Dele Alli Fransanın köklü komandası ilə anlaşmaq üzrədir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, vaxtilə 100 milyon transfer qiyməti olan ingilis futbolçu ilə "Lill" danışqılar aparır.

Məlumata görə, 1.5 ildir klubsuz qalsa da, formadan düşməmək üçün aktiv məşqlər edən futblçunun yanvar ayında Fransa klubu ilə rəsmi anlaşmaya imza atacağı gözlənilir.

Xatırladaq ki, 2 il əvvəl "Beşiktaş"da oynayan 28 yaşlı ingilis futbolçu Türkiyədə zədələnib və mövsüm bitməmiş meydançalarla vidalaşıb.

O, Türkiyə klubunun heyətində 15 matçda cəmi 3 qol vuurb. Hazırkı bazar dəyəri isə 5 milyon avro civarında qiymətləndirilir.

Fərid Aslan
MİA.AZ