Az əvvəl vətəni Uruqvayda 3-cü liqa komandalarından biri olan "Sportivo Bella Italia"nı satın alan "Qalatasaray"ın kapitanı Fernando Muslera də azarkeşlərini təəccübləndirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu dəfə ölkəsində bütöv bir küçəni satı alıb.
Məlumata görə, qapçının bu hərəkəti küçə sakinlərinin etirazına səbəb olub: "Sakinlər yerli bələdiyyəyə şikayət edib".
Muslera isə bildirib ki, küçəni satın almaqda məqsədi buranı inkişaf etdirməkdir: "Küçənin aabdlaşdırılması üçün 266 min dollar vəsait qoyulacaq".
Maldonado Bələdiyyə sədri Aleksandro İnfante Musleraya sərmayələri üçün təşəkkür edib.
Fərid Aslan
MİA.AZ