Cənubi Afrika ölkələri olan Zimbabve və Zambiyada "Meymun çiçəyi"nə ilk yoluxma halları aşkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı Zimbabve Səhiyyə Nazirliyi təsdiqləyib.
Bildirilib ki, ötən ay Cənubi Afrika Respublikasına səfər edən 11 yaşlı oğlan uşağı bu virusa yoluxub: "Onunla yanaşı, Tanzaniyadan dönən 24 yaşlı daha bir vətəndaşımızda virusun aşkarlanıb. Hər iki şəxs karantinə alınıb, müalicə olunurlar. Səhhətləri yaxşıdır. Əhalinin panikaya düşməsinə səbəb yoxdur".
Zambiya Səhiyyə Nazirliyi də ölkədə "meymun çiçəyi" xəstəliyinin mövcudluğunu inkar etməyib: "İlk olaraq ötən ay ölkəyə gələn 32 yaşlı Tanzaniya vətəndaşında bu virus aşkarlanıb. Təəssüf ki, o, bizim ölkədə bir çox bölgələri bu halda dolaşıb. Hazırda onun təmasda olduğu şəxsləri axtarır və karantinə almağa çalışırıq".
Xatırlaadaq ki, "Meymun çiçəyi" virusu gəmiricilərdən və ya yoluxmuş şəxslərdən keçir. İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Xüsusi müalicəsi olmayan xəstəlik üçün antiviral preparatlar istifadə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.
Lamiyə Əhmədli
MİA.AZ