Nərimanov rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Şahmar İbadov paytaxtın mərkəzində oğluna bahalı restoran alıb.
Şahmar İbadov paytaxtın Qış parkı ərazisində, Mirzəağa Əliyev 46 ünvanında növbəti “Paxlava” restoranını açıb.
Sözügedən restoranın yerləşdiyi obyekt Şahmar İbadovun oğlu Elmar İbadov tərəfindən 800 min dollara alınıb.
Qeyd edək ki, əvvəllər həmin obyekt “Mandarin Baku” adı ilə fəaliyyət göstərib./Demokrat.az