İsrail ordusu Qəzza zolağının şimalında iki sığınacağı bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ümumilikdə 3 fələstinli ölüb, 28 nəfər isə yaralanıb.
Məlumata görə, İsrailin Cibaliyyədə Yəmən əl-Səid xəstəxanasının yerləşdiyi bölgədə köçkün fələstinlilərın sığındığı çadır evlərinin vurulması nəticəsində 13 nəfər yaralanıb: "Cibaliye Qaçqınlar Düşərgəsindəki Hafsa məktəbinə hücumda isə 3 mülki fələstinli həyatını itirib, 15 nəfər yaralanıb".
Xatırladaq ki, 7 oktyabr 2023-cü il tarixindən bəri Qəzzada 42227 nəfər ölüb, 98464 nəfər isə yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ