Bosniya və Herseqovina vətəndaşları üçün viza rejimi birtərəfli qaydada ləğv olunub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kosovo Kosovo Baş naziri Albin Kurti qərar imzalayıb.
Qərara əsasən, 2025-ci il yanvarın 1-dən etibarən Bosniya və Herseqovina vətəndaşları Kosovaya viza almadan gələcəklər.
Baş nazir Berlində Avropa və Qərbi Balkan ölkələrinin liderlərinin bir araya gəldiyi “Berlin prosesi” sammitində deyib ki, bu qərar toplumlarıni nteqrasiyasını gücləndirəcək: "2022-ci ildə "Berlin Prosesi" çərçivəsində Qərbi Balkan ölkələri vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət etməsinə imkan verəcək razılaşmanı təsdiqlədik. Təəssüf ki, Serbiya bunu təsdqiləməkdən imtina elədi. Lkain biz gözləmədik. Gələn il yanvarın 1-dən Kosovo Respublikasına Bosniya və Herseqovina vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə sərbəst gediş-gəlişinə təktərəfli icazə veriləcək. Ümid ediirk ki, qarşı tərəf də bu istiqamətdə addım atacaq".
Xatırladaq ki, Bosniya və Herseqovina Kosovanın müstəqilliyini tanımır və bu səbəbdən Kosovo vətəndaşları üçün sərt viza rejimi tətbiq edir. Kosovo da 2014-cü ildən Bosniya və Herseqovina vətəndaşlarına eyni addımı atıdrdı. Lakin göründüyü kimi, artıq geri çəkilib....
Lamiyə Əhmədli
MİA.AZ