"İsrail fələstinliləri deportasiya etmək planı addım-addm icra edir. Qəzza zolağının şimalındakə əməliyyat bu məqsədə xidmət edir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözlər Ərəb Liqasının İsrailin hücumları ilə bağlı yaydığı bəyanatda qeyd edilib.
Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeytin adından yayılan bəyanatda İsrail ordusunun Qəzza zolağının şimalında, xüsusilə də Cibaliya bölgəsində həyata keçirdiyi hücumlar şiddətlə qınanıb: "Dünyanın Livanda törədilən cinayətlərə diqqət yetirməsindən istifadə edən İsrail Qəzzada rüsvayçı cinayətlərinə yenilərini də əlavə edir. İsrail bu hücumlarla Qəzza zolağının şimalını digər bölgələrlə əlaqəsini kəsməyi planlayıb. Bununla yanaşı, digər bölgələrdə bütün fələstinliləri sürgün etmək üçün bütün imkanlarını işə salıblar. Bunun üçün də Təl-Əviv rəhbərliyi Qəzzada yaşayan fələstinlilərə qarşı qida və su kimi əsas ləvazimatların göndərilməsi tələblərini rədd edərək son dərəcə qəddar siyasət yürüdür. Bu, dəhşətli hadisələrin qarşısı mütlıq alınmalıdır..."
Xatırladaqq ki, İsrail ordusu 10 gündür Qəzza zolağının şimalında Cibaliya Qaçqınlar Düşərgəsi, Beyt Lahiya və Beyt Hanun ərazilərinə qurudan və havadan hücumları artırıb: "Bölgə artıq blokadaya alınıb".
Tahir Şəlvəli
MİA.AZ