Mərakeşdə iki gün davam edən güclü yağışlar maraqlı mənzərə yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, güclü yağışlar selə səbəb olub.

Nəticədə 50 il əvvəl səhrada qurumuş göl suyla dolub.

Mərakeş hökuməti bəyan edib ki, bu sentyabr leysan yağışı son onilliklərin ən güclü yağışı olub: "Xüsusən də cənub-şərqdəki Rabat kəndində. Rabatda bir gündə təxminən 10 santimetr yağış yağıb. Bu, bəzi əfasadlara yol açsa da, xoş olan odur ki, Zaqora ilə Tata arasında yerləşən və 50 il əvvəl quruyan İriki gölü tamamilə ilə su ilə dolub. Bundan əlavə, Merzuqa bölgəsi də də bəzi nisbətən kiçik göllər su ilə dolub...."

Məlumatda deyilir ki, bu güclü yaışlar altı illik quraqlıqdan sonra ölkəyə böyük ümid verib.

Mərakeşdə Meteorologiya İdarəsindən bildirilib ki, yağıntılar havada rütubəti artırmaqla ölkənin illərlə davam edəcək hava şəraitinə təsir göstərəcək.

Lamiyə Əhmədli
MİA.AZ