Əhali və şirkətlər Azərbaycanın bank sekotrunun iki böyük bankı – “Bank Respublika” və “Rabitəbank”-dan əmanətlərini geri çəkməyə başlayb.
“Tipik iqtisadçı ekspert” səhifəsi bankların açıqladığ maliyyə hesabatına əsasən xəbər yayıb ki, 9 ay ərzində “Bank Respublika”-dan 101.3, “Rabitəbank”-dan isə 77.5 milyon manat əmanət çıxarılıb.
Qeyd edək ki, “Bank Respublika”-nın aktivləri ötən il 34.5% və ya 546.1 milyon manat artaraq 2 milyard 130.9 milyon manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 22% artaraq 1 milyard 174.2 min manata çatıb.
Bu dövrdə “Bank Respublika”nın cəmi öhdəlikləri 1 milyard 975.2 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 34.7% və ya 508.8 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 49.5% və ya 508.8 milyon manat artaraq 1 milyard 443.7 milyon manata yüksəlib.
Uzun müddətdir, media bu bankın Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olduğunu yazır. Qeyd olunur ki, rəsmən səhmdarları Quliyevlər ailəsi E.Rüstəmovla yaxın münasibətlərə malikdirdir və onun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə edirlər. Bura Rüstəmova aid bəzi maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair aid edilir…
“Bank Respublika”nın əsas səhmdarı Natiq Quliyev yerli mətbuata bildirib ki, bankın nizamnamə kapitalinda onun payım 46%, ümumilikdə Quliyevlər ailəsinin payı isə 84% təşkil edib. O, Elman Rüstəmovun bankla əlaqəsini təkzib edib.
“Rabitəbank” ASC-yə gəldildə, bu bankın aktivləri də 1 milyard manatdan artıqdır. Bir neçə il əvvəl cəlb edilmiş 2 yeni səhmdar – Rauf Zeynal oğlu Əliyev və Validə Maarif qızı Abasova hər biri hazırda bankın səhmlərinin 30%-nə, ümumilikdə 60%-nə nəzarət edir.
Bankın səhmlərinin qalan 40%-i isə Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyevə, Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyevaya, Yaşar Feyzi oğlu Qurbanova (“Meqa Sığorta”nın 15%-lik səhmdarı və Direktorlar Şurasının sədri), eləcə də digər fiziki şəxslərə məxsusdur.
Şübhəsiz ki, qısamüddətli dövrdə on milyonlarla əmanətin sözgedən banklardan çıxarılması ciddi səbəblərlə bağlıdır. Burada bankların öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsindn tutmuş depozitlərə görə ödənilən faiz gəlirlərinin az olması kimi müxtəlif səbəblər göstərilir. Həmçinin depozitlərə görə tətbiq olunan 10 faiz gəlir vergisinin də əhalidə və biznes subyektlərində banklarda pul saxlamağa marağı azaltdığı qeyd olunur.
Məlumatlı mənbələr bildirir ki, kommersiya qurumlarında depozit saxlayan əmanətçilər bəzən müxtəlif dövlət qurumları tərəfindən pulun mənbəyi ilə bağlı sorğu-sual edilməsi insanları anklardan çəkindirir. Nəticədə əhalidə olan külli miqdarda vəsait iqtisadiyyatdan çəkilərək yastıq altına, yaxud ölkə xaricinə gedir. Təbii ki, bu da ölkədə iqtisadi fəallığın azalmasına, bank sektorunun inkişafına mənfi təsir edir.
AzPolitika.info