Bu gün Türkiyə ordusu İraqın şimalında yeni əməliyyat keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd edilib ki, Pəncə-Kilid Əməliyyatı bölgəsində həyata keçirilən əməliyyatda terrorçuların sığınacaq və gizlənmək məqsədilə istifadə etdiyi daha bir mağarada xeyli-silah-sursat aşkarlanıb: "Mağarada RPQ-7 tank əleyhinə silah, AT-4 tank əleyhinə silah, 7,62 millimetr PKMS pulemyotu, “Zaqros” snayper tüfəngi, 5 AK-47 piyada tüfəngi, 6 əl qumbarası, 15 RPG-7 reaktiv yaylım mərmisi, 13 yanacaq patronu, Yaesu radiosu, 2 ədəd dinləmə cihazı, 2 ədəd hilti, kamera, 2 ədəd Kindle, enerji təchizatı, 2 ədəd generator, 2 ədəd istilik silahı dürbünü, lazer məsafə ölçən cihaz, durbin və digər müxtəlif silahlar üçün sursatlar götürülüb"
Samir Musayev
MİA.AZ