"israilin Livana hücumunun artması kontekstində müharibənin genişlənməsi bölgədə atəşkəs ehtimalını heçə endirir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım İşləri üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib.
O bildirib ki, son günlər savaş genişlənib ki, bu da tərəfləri atəşkəsdən uzaqlaşdırıb: "Livandan yenicə qayıtdım. Bölgədə insanlar qorxu və təşviş içindədir. Əksəriyyəti qadın və uşaq olan yüz minlərlə insanın evlərindən didərgin düşüb, onlar təhlükəsiz yer axtarır..."
BMT rəsmisi qeyd edib ki, UNRWA əməkdaşları qaçqınlara humanitar yardımla yanaşı, uşaqlara psixoloji dəstək xidmətləri də göstərir.
Firudin Səfərli
MİA.AZ