"Son 15 gündə ölkədə qiymət artımına təsir edəcək hansı əsaslar yaranıb bilmirəm. Amma "Azersun" cənabları ilin əvvəlində qiyməti 20 qəpik bahalaşdıraraq bir qutudakı sayını 100-dən 80-ə endirdiyi "SUN" salfetlərinin sayını daha 10 ədəd azaldıb".
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Xalid Kazımov sosial media səhifəsində yazıb.
O, əlavə edib ki, həmin salfetin pərakəndə satış qiyməti də 95 qəpikdən 1.1 manata qaldırılıb.
Posta şərh yazanlar "Azərsun"u fırıldaqda qınayıblar.
Şərhçilərdən biri isə "Azərsun"un məhsullarından daha ucuz, daha keyfiyyətli məhusullar olduğunu qeyd edib: "Bəzi vətəndaşların niyə yalnız reklamı olan məhsullara üstünlük verdiyini anlamaq mümkün deyil..."
Samir Musayev
MİA.AZ