Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu milli komandanın oyunçularına sürpriz vəd verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, aparıcı Candaş Tolqa Işıkın Ekol TV-də yayımlanan "Biraz danışaq" proqramına müsahibəsində söz açıb.

O, əvvəlcə Millətlər Liqası çərçivəsində səfərdə 4-2 qazandıqları İslandiya oyunundan danışıb: "İslandiyada stadion tamamilə buz idi. Əslində, UEFA rəsmiləri də buna görə oyunu təxirə salmağı düşünürdülər, amma sonra dedilər ki, oynayaq. Baş məşqçi Montellanın futbolçularla çox gözəl dialoqu var. Oyunöncəsi iclasda kiçik bir çıxış da mən etdim. Dedim ki, 45 ildir futbol ictimaiyyətində baş verənlərə şahidəm. Mənə görə, bu heyət tariximizin ən xarakterli heyətidir. sağ olsun, oyunçular da çıxıb aslanlar kimi savaşdılar...

Sizə deyim ki, Avropa Çempionatında Hollandiyaya uduzanda çox pis olmuşdum. 8 yaşlı qızım gəlib dedi ki, "ata, niyə kədərlənirsən, qarşıda  dünya çempionatı var, get, futbolun prezidenti ol, biz Dünya çempionu olacağıq". Deməyim odur ki, özünüzə hədəf qoyacaqsınız. Heyətimiz həqiqətən yaxşıdır. Millətlər Liqasında 1-ci yeri tutsaq, Dünya Çempionatının pley-off mərhələsində oynayacağıq. İnanıram ki, Kayseridə Uelsə qalib gələcəyik. 

Bilirsiniz ki, 22 ildir dünya çempionatında iştirak edə bilmirik. İndi əlimizdə belə bir fürsət var. Biz də idarəçi olaraq, nə lazımdırsa, edəcəyik. . Bodrumda 4 min villa tikəcəyik. Dünya çempionatında iştirak etsək, bu evlərdən futbolçularımıza verəcəyik. Bunu TFF deyil, mən öz cibimdən verəcəyəm”.

Fərid Aslan
MİA.AZ