"Əgər İsrail İranın nüvə obyektlərinə hücum edər, ona zərbə vurarsa, bu, çox ciddi təxribat olacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laosda 19-cu Şərqi Asiya Sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
O, daha sonra Sammitdə yekun bəyannamənin qəbul edilməməsi barədə sualı cavablandıran nazir bildirib ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya bu bəyannaməyə siyasi məna verməyə və onu geosiyasi qarşıdurma ssenariləri ilə "doldurmağa" çalışıb: "Qərb ölkələri Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasından (ASEAN) Rusiya və Çinə qarşı istifadə etməyə, iqtisadiyyat və təhlükəsizlik sahələrində sistemi pozmağa və sarsıtmağa çalışırlar. ABŞ və müttəfiqləri Asiya-Sakit Okean regionunu NATO-nun maraq dairəsinə çevirməyə cəhd edir. Burada ABŞ-ın nəzarəti altında çoxlu qapalı hərbi-siyasi birliklər yaradılıb. Bütün bunlar birgə ibirliyinə imkan vermir. Təəssüf ki, bölgədə Qərb ölkələrinin tutduğu yanaşma nəticəsində hərbi risklər artıb".
Yaponiyanın yenidən hərbiləşdirilməsinin narahatlıq doğurduğuna diqqət çəkən Lavrov deyib ki, bu ölkənin rəhbərliyi İkinci Dünya Müharibəsinin dərslərini unudub: "Yaponiya çox təhlükəli şəkildə müdafiə xərclərini artırır, önləyici zərbələri də əhatə edən doktrinasını yeniləmək siyasətini davam etdirir. Üstəlik Yaponiya ABŞ və NATO ölkələrinin iştirakı ilə təşkil edilən hərbi təlimlərdə iştirak edir".
Samir Musayev
MİA.AZ