İordan çayının qərb sahilində İsrailin işğalı altında olan Hebron şəhərində yerləşən, müsəlman aləmi üçün 4-vü müqəddsə ibadgah saılan "Hərəm-i İbrahim" məscidi 4 gün müddətinə müsəlmanların üzünə tamamilə bağlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Məscidin rəhbəri Mutaz Əbu Senine açıqlama verib.
Onun sözlərinə görə, İsrail təhlükəsizlik qüvvələri yəhudilərin Sukkot və Yom Kippur bayramları səbəbilə məscidi bağlamaq qərarı veriblər: "Artıq bu gündən məsciddə rəqs və əyləncə ilə müşayiət olunan Talmud mərasimləri keçirirlər. Məscid şənbə günü (12 oktyabr) axşama qədər bağlı qalacaq. Sabahdan isə yəhudilərin Yom Kippur bayramı günləri davam edəcək".
Xatırladaq ki, məscidin altındakı mağarada İbrahim peyğəmbər və onun həyat yoldaşı, İshaq peyğəmbər, Yaqub peyğəmbər, Yusif peyğəmbər və onların həyat yoldaşlarının qəbirləri var.
İsrailin 1967-ci ildən işğal etdiyi İordan çayının qərb sahilindəki Hebron şəhərində yerləşən məscid 1994-cü il fevralın 25-də səhər namazı qılan müsəlmanlara atəş açan Baruch Qoldşteyn adlı yəhudi fanatının terror aktından sonra bir müddət bağlanıb. Daha sonra isə yenidən açılan məscidin yarıdan çoxu yəhudilərə ayrılıb.
Xatırladaq ki, tarixə məsciddə törədilən ən qanlı hadisə kmi düçən olayda 29 müsəlman həyatını itirib, 150-dən yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ