Rusiya prezidenti Vladimir Putin bu gün Türkmənistanın paytaxtı Aşqabadda türkmən şairi Mahtumqulu Firakinin 300 illik yubileyi münasibətilə keçirilən "Zaman və Sivilizasiyanın Əlaqəsi - Müasir Dünya və İnkişaf Forumuna qatılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tədbirdə çıxış edən Putin dünyaya mühüm mesajlar verib.
O, əvvəlcə Mahtumqulu Firakinin Türkmənistandakı zəngin irsndənsöz açıb, onun əsərlərinin türkmən ədəbiyyatının əsasını təşkil etməsinə diqqəti çəkib.
Daha sonra bildirib ki, İkinci Dünya Müharibəsi illərində türkmən əsgərlərinİin ruh yüksəliyini artırmaq üçün yazılan məktublarda Firakinin şeirlərinə çox üstünlük verilib.
Firakinin uzun müddət Rusiyanın Həştərxan vilayətinin Funtovo kəndində yaşadığını xatırladan Putin bu kənddə türkmən diasporunun bu gün də varlığını davam etdirdiyini qeyd edib: "2019-cu ildə burada Firakinin adını daşıyan məktəb istifadəyə verildi, heykəli ucaldıldı, şeirləri rus dilinə tərcümə olunub.
Daha sonra dünyadakı duruma toxunan Putinin sözlərinə görə, Şərqdə və Cənubda yeni iqtisadi, maliyyə və siyasi mərkəzlər yaranır: "Dünya sivilizasiyaların bölünməsi və etnik və dini qruplar arasında qarşıdurmalardan doğan görünməmiş təhlükələrlə qarşı-qarşıyadır. Beynəlxalq münasibətlər qlobal köklü dəyişikliklərin yaşandığı bir dövrə qədəm qoyub. Bu dövrdə planetin müxtəlifliyini əks etdirən yeni dünya nizamı formalaşır. Şərqdə və cənubda yeni güclü iqtisadi, maliyyə və siyasi mərkəzlər yaranıb. Bu mərkəzlər suverenliyi, sosial-mədəni kimliyi qorumağa və gücləndirməyə, ənənələrə və milli maraqlara uyğun inkişaf yolları tapmağa çalışır...".
Resursların ədalətli şəkildə bölüşdürülməsi, beynəlxalq həyatın konstruktiv demokratikləşməsi və çoxqütblü dünya nizamında qarşılıqlı fəaliyyətin tərəfdarı olduqlarını vurğulayan Putin oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə diqqət çəkib, onun üstün tərəflərini sadalayıb.
Lamiyə Əhmədli
MİA.AZ