“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Elmir Həbibullayev və “Kapital Bank” ASC-nin İH-nin üzvü Fərid Hidayətzadə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına üzv seçiliblər.
Mia.az xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, bu, barədə qərar Assosiasiyanın Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağında - gizli səsvermə nəticəsində qəbul edilib. Yeni üzvlər Şurada ABB-nin İH-nin sədri Abbas İbrahimovu və "Kapital Bank"ın Müşahidə Şurasının sədri Rövşən Allahverdiyevi əvəz ediblər.
Hazırda Himayəçilik Şurasına Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Gülər Paşayeva sədrlik edir. Onun Şuradakı müavini isə AMB-nin daha bir baş direktoru Şahin Mahmudzadədir.
Şuranın digər üzvləri Elnur Əliyev (iqtisadiyyat nazirinin I müavini), Sadiq Əliyev (Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri) və Ziyəddin Allahverdiyevdir (Maliyyə Nazirliyinin aparatının Maliyyə Xidmətləri üzrə siyasət şöbəsinin müdiri).
Mia.az-ın məlumatına görə, Elmir Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Şirin oğlu Həbibullayevin qardaşıdır. O, bundan əvvəl icra başçısı işləyən qaraşı kimi Beynəlxalq Bankda birinci müavin postunu tutub.
Samir
MİA.AZ