Nigeriya ordusu ölkədə "at oynadan" İŞİD-in Qərbi Afrika qolu olan "Boko Haram" və "ISWAP" terror təşkilatlarına qarşı geniş əməliyyata start verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin sözçüsü Edvard Buba brifinq keçirib.
O bildirib ki, ordunun son bir həftə ərzində ölkə daxilində həyata keçirdiyi və hələ də davam edən əməliyyatları çərçivəsində 165 terrorçu və silahlı dəstə üzvü öldürülüb: "238 terrorçu isə həbs edilib. Əməliyyatlarla terrorçularıngirovgötürdüyü ümumilikdə 188 nəfər sağ-salamat xilas edilib".
Mətbuat katibi terrorçulara məxsus cxeyliu-sursatın da ələ keirildiyini bildirib.
Qeyd edək ki, Nigeriya uzun müddətdir sözügedən terror qruplarının əməllərindən əziyyət çəkir.
Firudin Səfərli
MİA.AZ