"İsrailin hücumunı dayandırmaq üçün intensiv diplomatik çabalarımız davam edir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Livanın baş naziri Nəcib Mikati deyib.
O, BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq məqsədiylə ABŞ və Fransa ilə danışıqların davam etdiyini söyləyib: "Ümid edirəm ki, qəsa zamanda atəşkəsə nail olmaq üçün buna nail olacağıq. Bir daha xatırladaq ki, diplomatik təmaslar zamanı biz İsrailin bütün öhdəliklərinə əməl etməsi şərti ilə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik".
Mikati əlavə edib ki, İsrailmülki şəxsləri, eləcə də xilasetmə və yardım qruplarını hədəf alan hücumları dərhal dayandırnmalıdır: "Zorakılıq, qətl və dağıntılar həll yoluna gətirib çıxarmayacaq. İsraili dağıdıcı hücumunu dayandırmağa məcbur etmək lazımdır, çünki hadisələrin şiddətlənəcəyi təqdirdə münaqişən bütün regionu əhatələyəcək"
Xatırlaadq ki, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi İsraildən şərti müəyyən olunmuş "Mavi xətt"in arxasına çəkilməsi və bu xətt ilə Livandakı Litani çayı arasındakı ərazini tərksilah etməyi tələb edir. Qeyd edək ki, "Mavi Xətt" arasındakı demək olar ki, bütün bölgələr 2000-ci ildən "Hizbullah"ın nüfuz dairəsindədir.
Firudin Səfərli
MİA.AZ