İsrail ordusu ilə fələstinlilər arasında toqquşma olub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yaıb.

Bildirilib ki, İsrail PUA-larla Nur Şəms Qaçqınlar Düşərgəsi və Zenabe qəsəbəsi başda olmaqla, Tulkərim şəhərinin bir çox bölgəsinə hava hücumu həyata keçirib. Nəticədə ölən və yaralananlar var: "Hazırda onların sayı dəqiqləşdirilir".

Məlumata görə, İsrail əsgərləri Nur Şəms Qaçqınlar Düşərgəsinə basqın edərək əvxəlcə düşərgəni mühasirəyə alıblar: "Bundan sonra İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma yaranıb. Düşərgədə ev və iş yerlərinə zərər vuran İsrailə məxsus bir buldozer partladılıb. "İslami Cihad" qruplaşmasının silahlı qanadı Əl-Qüds Şəriəti də əl istehsalı partlayıcıların İsrail hərbi maşınlarının yaxınlığında işə salındığını təsdiqləyib".

Xəbərdə o da deyilir ki, hazırda israil hərbçiləri düşərgənin bütün girişlərinə hakim olub: "Düşərgəyə giriş-çıxışa icazə verilmir".

Firudin Səfərli

MİA.AZ