Türkiyə Respublikası Mərkəzi Bankınin valyuta ehtiyatı azalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əvvəlki həftə ilə müqayisədə Mərkəzi Bankın ehtiyatları 1 milyard 75 milyon dollar azalaraq 156 milyard 315 milyon dollara geriləyib.

Məlumata görə, qeyd edilən dövr ərzində Mərkəzi bankın qızıl ehtiyatları da 13 milyon dollar azalıb: "Hazırda qızıl ehtiyatı 63 milyard 553 milyon dollar civarındadır".

Lamiyə Əhmədli

MİA.AZ