"Almaniya İsrailə silah tədarükünü dayandırmayacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts Qəzzada başlayan savaşla bağlı Federal Parlamentdə keçirilən iclasda çıxış edərkən deyib.
O, Xristian Demokratik Birlik Partiyasının sədri Fridrix Merzin Almaniya hökumətinin İsrailə göndəriləcək silah ixracına dayandırmağa hazırlaşması və lazmı dəstək verilməməsi ilə bağlı iradına cavabda deyib ki, bu, həqiqəti əks etdirmir: "Almaniya hökuməti İsrailə silah tədarükünü dayandırmayıb, belə bir niyyətimiz də yoxdur. Silah verməyə davam edəcəyik. Bu, Almaniya hökumətinin mövqeyidir".
Tahir Şəlvəli
MİA.AZ