İsrail ordusu son sutkada Qəzzann müxtəlif bölgələrinə hücum həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, son sutkada həyata keçirilən hücumda 55 mülki şəxs həlak olub, 166 nəfər isə yaralanıb: "Bununla da ötən ilin oktyabrın 7-dən etibarən Qəzzada ölənlərin sayının 42 min 65-ə, yaralıların sayı isə 97 min 886-ya çatıb".
Tahir Şəlvəli
MİA.AZ