Avropa İttifaqının (Aİ) vəsaitlərindən sui-istifadənin qarşısını almaq üçün yaradılmış Avropa Auditorlar Palatası qurumun xərclərini təftiş edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Palata hesabat yayıb.

Hesabata əsasən, İttifaqın xərclərində 10 milyard avrodan çox səhv xərcləmələrə yol verildiyi aşkarlanıb.

Baş ofisi Lüksemburqda yerləşən və Aİ büdcəsinin və fondlarının auditinə cavabdeh olan Avropa Auditorlar palatası İttifaqın 2023-cü il xərclərinə dair illik hesabatında bildirib ki, faiz nisbətində yanlış xərcləmədə ötən il "şişmə olub: "Əgər ittifaq 2021-ci ildə 3 faiz, 2022-ci ildə 4,2 faiz xərc xətasına yol veribsə, bu rəqəm 2023-cü ildə 5,6 faizə yüksəlib. Bu da o deməkdir ki, Aİ-nin 2023-cü il üçün 191,2 milyard avroluq xərclərində təxminən 10,7 milyard avroluq yanlış sahələrə vəsait xərcləyib".

Samir Musayev

MİA.AZ